Belarusda aksiyaya qoşulan idmançılar saxlanıldı

Belarusda aksiyaya qoşulan idmançılar saxlanıldı

Belarusda Aleksandr Lukaşenkonun prezident seçilməsinə görə etiraz dalğası davam edir. Allsport.az xəbər verir ki, xalqın etirazına idmançılardan da qoşulanlar var.

BATE-nin hücumçusu Anton Saroka saxlanılanlar arasındadır. Məlumata görə, 28 yaşlı futbolçu avqustun 11-i polislərlə qarşıdurma zamanı tutulub.

Onunla yanaşı, xokkeyçi İlya Litvinov və MMA döyüşçüsü Aleksey Kudin saxlanılıblar. Litvinov sərəbəst buraxılsa da, digər idmançılardan məlumat yoxdur.

Aleksandr Lukaşenko 6-cı dəfə ölkə prezidenti seçilib. Xalq Minsk və digər şəhərlərdə etirazlar edir.

Həmin kateqoriyadan