“Beşikdaş”ın prezidenti “Qarabağ”la dostluq görüşündən danışıb

“Beşikdaş”ın prezidenti Fikrət Orman “Qarabağ”la qarşılacaqları oyuna münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, paytaxtımızda “qara qartallar”ın xeyli tərəfdarının olduğunu bildirib:

“Azərbaycanda “Beşikdaş” fanatının olduğunu bilirik. Bu səbəbdən, klubumuzun nümayəndə heyəti fevralın ilk günlərində Bakıya səfər edəcək. Məqsəd Azərbaycanda “Beşikdaş” atributları ilə zəngin mağazanın açılmasıdır.

“Qarabağ” Azərbaycanın tanınmış klublarındandın. Son zamanlar uğurlu çıxış edir. Komandanın bu mövsüm çempionlar liqasının qrupuna adlaması çox şeydən xəbər verir. Azərbaycana yığmaların oyunları zamanı çempionatda yaranmış fasilədə bu dostluq görüşünün baş tutmasına inanırıq”.

Həmin kateqoriyadan