- Baxış sayı: 114
- 16 Sentyabr 2026 17:38
- Baxış sayı: 185
- Sentyabr 17, 2026
- 0

Stolüstü tennisçi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirilən “Euro nini champs” yarışında uğurlu çıxışını davam etdirir.
Allsport.az xəbər verir ki, 2014-cü il təvəllüdlü idmançı ilk üç mərhələni lider kimi başa vurub.
O, 1/8 finalda moldovalı, 1/4 finalda isə fransalı rəqibinə qalib gələrək yarımfinala yüksəlib.
Mehin yarımfinalda İsveçrə təmsilçisini 3:0 hesabı ilə məğlub edərək “mini Avropa çempionatı” adlandırılan nüfuzlu yarışın finalına vəsiqə qazanıb.
Stolüstü tennisçimiz həlledici görüşdə Latviya təmsilçisi ilə qarşılaşacaq.