İdmanda korrupsiyaya qarşı beynəlxalq məsələləri müzakirə etdilər

Allsport.az xəbər verir ki, İsveçrənin Lozanna şəhərində keçirilən forumun 2-ci günündə qarşıdan gələn olimpiya oyunları haqqında müzakirələr aparılıb, VADA və beynəlxalq test agentliyinin nümayəndələri ilə təmiz idmanın əhəmiyyətini və rəqabət manipulyasiyasının qarşısının alınması haqqında geniş söhbət olunub.

Həmçinin idmançıların mühafizəsi və təhlükəsizliyi haqqında da müzakirələr aparılıb, idmanda korrupsiyaya qarşı beynəlxalq tərəfdaşlıq məsələlərinə də toxunulub.

Tədbirin sonunda Beynəlxalq olimpiya komitəsinin prezidenti Tomas Bax iştirakçıların suallarını cavablandırıb. Beynəlxalq idmançılar forumunda ölkəmizi Azərbaycan atletlər komissiyasının sədri, Rio-2016 yay olimpiya oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov təmsil edib.

Həmin kateqoriyadan