Beynəlxalq boks assosiasiyasının rəhbəri ölkəmizə səfər edəcək

Beynəlxalq boks assosiasiyasının prezidenti Umar Kremlyov Azərbaycana işgüzar səfərə gələcək. Allsport.az saytı xəbər verir ki, İBA rəhbəri dekabrın 23-də Bakıda olacaq.

O, səfəri çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov və boks federasiyasının prezidenti Kəmaləddin Heydərovla görüşəcək. Umar Kremlyov həmçinin boks mərkəzində millinin çalışdırıcıları ilə birgə azərbaycanlı boksçulara məşq də keçəcək.

BBA prezidentinin Azərbaycana səfəri dekabrın 24-də başa çatacaq.

Həmin kateqoriyadan