Beynəlxalq çövkən federasiyası yaradıldı

Allsport.az xəbər verir ki, Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov bununla bağlı paylaşım edib.

O, milli idman növümüzdə belə bir federasiyanın yaranmasını müsbət qiymətləndirib: “Şad xəbər. Qədim milli idman növümüz olan çövkənin beynəlxalq federasiyası yarandı”.

Beynəlxalq çövkən federasiyasının təsis edilməsi ilə əlaqədar I baş assambleyası bu gün Binə atçılıq mərkəzində təşkil olunub. Tədbirə bütün qitələrdən olan 19 ölkədən 29 nümayəndə qatılıb.

Qeyd edək ki, sabah yeni yaradılan federasiyanın əsasnaməsi təsdiq olunacaq, həmçinin prezident və vitse-prezident vəzifələrinə seçkilər baş tutacaq.

Həmin kateqoriyadan