Beynəlxalq konfrans Qubada

Qubada gənclər və idman nazirliyinin dəstəyi ilə beynəlxalq elmi-praktik konfrans keçirilib.

Allsport.az xəbər verir ki, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası (ASAPES) və Azərbaycan milli antidopinq agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” konfransı baş tutub.

Açılış mərasimində çıxış edən AMADA-nın icraçı direktoru Təhminə Tağızadə, qurumun idmançı məsləhətçi komissiyasının sədri, ikiqat paralimpiya çempionu İlham Zəkiyev və dünya, Avropa çempionatlarının mükafatçısı taekvondoçu Fəridə Əzizova konfransın əhəmiyyətindən, təmiz idmanın vacibliyindən və ölkəmizdə həyata keçirilən uğurlu antidopinq siyasətindən danışıblar.

Beynəlxalq səviyyəli idmançıların iştirak etdiyi tədbirin sessiyalarında Kent Universitetinin İdman və Bədən Tərbiyəsi üzrə professoru Con Dikinson, Liverpul Con Murs Universitetinin idman nutrisioloqu, fəlsəfə doktoru Ceymi Pyu, London Kral Kollecinin İdman və Əzələ-skelet Sistemi Fizioterapiyası üzrə fəlsəfə doktoru, idman və idman tibbi üzrə fəxri müəllim Paulina Kloskovska, Arizona Dövlət Universitetinin nəzdində “Athleat Field Lab”ın direktoru Floris Vordenaar, Ümumdünya Antidopinq Agentliyinin İdmançıların hüquqları üzrə müstəqil baş eksperti Snejana Samardjiç-Markoviç və Beynəlxalq Bodibildinq Fitnes Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Elnur Şıxəliyev təmiz idman mədəniyyətinin inkişafı, qadın idmançılar arasında dopinq probleminə baxış və yerli idmançıların beynəlxalq antidopinq sahəsində maarifləndirilməsi mövzusunda məruzə ilə çıxış edilər.

Qeyd edək ki, fevralın 21-də olunan ilk elmi-praktik konfrans Bakıda təşkil olunub.

Həmin kateqoriyadan