- Baxış sayı: 49
- 29 İyul 2026 17:12
- Baxış sayı: 209
- İyul 30, 2026
- 0

Beynəlxalq olimpiya komitəsi (MOK) Rusiya atletlərinin 2026-cı il yeniyetmələrin yay olimpiya oyunlarına niyə yer almadığına aydınlıq gətirib.
Allsport.az xəbər verir ki, qərarın bölgü prinsipləri ilə bağlı olduğunu bildirib.
Qurumun açıqlamasında qeyd olunub ki, yerlər birbaşa seçmə yarışlarının nəticələrinə əsasən deyil, MOK-un beynəlxalq federasiyalarla birgə qəbul etdiyi qərar əsasında müəyyənləşdirilir.
“Rusiya olimpiya komitəsinə 14 idman növü üzrə ümumilikdə 12 yer ayrılıb. Yüngül atletika isə bu siyahıya daxil edilməyib”.
2026-cı il yeniyetmələrin yay olimpiya oyunları oktyabrın 31-dən noyabrın 13-dək Seneqalın paytaxtı Dəkərdə keçiriləcək. Bu, yarışın tarixində dördüncü yay olimpiadası olacaq.