- Baxış sayı: 43
- 21 Avqust 2026 19:31

- Baxış sayı: 372
- Avqust 20, 2026
- 0


Milli olimpiya komitəsinin beynəlxalq əlaqələr departamentinin direktoru Anar Bağırov, İstanbulda keçirilən “Vəzifə rəhbərləri” (“Chef de Mission”) məşğələsində ölkəmizi təmsil edib.
Allsport.az saytı xəbər verir ki, toplanrıda iştirakçı ölkələrin nümayəndələri İstanbul-2027-yə hazırlıq ilə yaxından tanış olub, yarış və qeyri-yarış obyektlərinə, İdmançılar kəndinə baxış keçirib, qeydiyyat, logistika, nəqliyyat, təhlükəsizlik, tibbi xidmət, antidopinq və digər əməliyyat istiqamətləri üzrə təqdimatlarda iştirak ediblər.
4-cü Avropa oyunlarının proqramına 26 idman növü, o cümlədən 22 olimpiya idman növü daxildir. Yarışlar 2028-ci ildə keçiriləcək Los Anceles oyunlarına vəsiqə xalları baxımından da mühüm əhəmiyyət daşıyır.