- Baxış sayı: 51
- 30 İyun 2026 17:29
- Baxış sayı: 74
- İyul 02, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, bu idman klubu həmişə olduğu kimi, bu il də böyük uğurlara imza ataraq, öncüllüyünü qorumaqdadır. İdmançılar ilin ilk yarısında yiyələndikləri medalların sayına görə yenə də liderliyi əldən verməyiblər.
Klubun üzvləri ilin ilk altı ayı ərzində ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda əzmlə mübarizə apararaq, 284-ü qızıl, 218-i gümüş və 316-sı bürünc olmaqla, ümumilikdə 818 mükafata sahib çıxıblar.
Təmsilçilərimiz dünya yarışlarında 35 (7 qızıl, 11 gümüş, 17 bürünc), Avropa yarışlarında 52 (14 qızıl, 17 gümüş, 21 bürünc), beynəlxalq turnirlərdə isə 139 medal (55 qızıl, 32 gümüş, 52 bürünc) qazanıblar.
Respublika səviyyəli yarışlarda 295 dəfə fəxri kürsüyə qalxan (116 qızıl, 77 gümüş, 102 bürünc) atletlərimiz paytaxt yarışlarında 96 (34 qızıl, 19 gümüş, 43 bürünc), dövlət qurumlarının əməkdaşları arasında keçirilən turnirlərdə 19 (6 qızıl, 8 gümüş, 5 bürünc), digər yarışlarda isə 182 medala (52 qızıl, 54 gümüş, 76 bürünc) yetişiblər.