- Baxış sayı: 212
- 25 İyul 2026 11:12
- Baxış sayı: 52
- İyul 29, 2026
- 0

Braziliyalı marafonçu Daniel Ferreyra itkin düşüb.
Allsport.az xəbər verir ki, Tokio-2020 yay olimpiya oyunlarının iştirakçısı iyunun 19-da San Paulu ştatının Barra-Funda bələdiyyəsində yerləşən evindən çıxıb və həmin vaxtdan bəri ondan xəbər yoxdur.
Bildirilib ki, idmançının yanında yalnız bir bel çantası olub. Yaxınlarının sözlərinə görə, Ferreyrada son dövrlər depressiya əlamətləri və psixi sağlamlıqla bağlı problemlər müşahidə olunurdu.
28 iyulda 28 yaşı tamam olan Ferreyra Tokio-2020 olimpiadasında marafon yarışında 25-ci kilometrdə mübarizəni dayandırmışdı. O, həmçinin Paris-2024 yay olimpiya oyunlarına vəsiqə qazansa da, yarışdan əvvəl dopinq testinin müsbət çıxması səbəbindən 2029-cu ilə qədər diskvalifikasiya edilib.