İsrailə Rusiya idmançıları ilə bağlı çağırış

İsrailə Rusiya idmançıları ilə bağlı çağırış

Ukraynanın İsraildəki səfiri Yevqeni Korniçuk ölkənin mədəniyyət və idman naziri Miki Zoharla görüşüb.

Allsport.az xəbər verir ki, tərəflər Ukrayna ilə İsrail arasında mədəniyyət, humanitar əməkdaşlıq və idman sahəsində əlaqələri müzakirə ediblər.

Görüş zamanı Korniçuk bəzi beynəlxalq təşkilatların Rusiya idmançılarına beynəlxalq yarışlarda iştirak icazəsi verməsi ilə bağlı qərarları tənqid edib. O, İsrail hökumətini ölkə ərazisində Rusiyanın dövlət rəmzlərinin nümayişinə imkan verməməyə çağırıb.

Ukrayna səfirliyinin yaydığı məlumata görə, Miki Zohar Ukrayna xalqı ilə həmrəy olduğunu bildirib. Tərəflər beynəlxalq təşəbbüslər çərçivəsində dialoq və əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər. İsrailli nazir 2026-cı ildə Ukraynaya səfər etməyi planlaşdırdığını da açıqlayıb.

Həmin kateqoriyadan