- Baxış sayı: 118
- 13 Sentyabr 2026 22:22
- Baxış sayı: 118
- Sentyabr 13, 2026
- 0

MOK-un nümayəndəsi Günay Əsgərova, Böyük Britaniyanın Birmingem şəhərində keçirilən İVG qlobal sammitində iştirak edib.
Allsport.az saytı xəbər verir ki, bu tədbir idmanda qadınlar və qızlar üçün gender bərabərliyinin təşviqi istiqamətində mühüm beynəlxalq platformadır.
Həmyerlimiz panel sessiyalarında və görüşlərdə iştirak edərək qadın liderliyi, gender bərabərliyi və beynəlxalq əməkdaşlıq imkanlarına dair müzakirələrə qoşulub.
Sammit 1200-dən çox nümayəndəni bir araya gətirərək daha inklüziv və bərabər idman mühitinin formalaşdırılması istiqamətində qlobal dialoqa töhfə verib.