“Məqsəd, həmin dövrün idman irsini unutmamaqdır”

“Biz istəyirik ki, “Olimpiya günü”ndə bütün azərbaycanlı olimpiyaçıları yad edək və onların tarixdəki rolunu gənc nəslə çatdıraq. Beynəlxalq olimpiya komitəsinin qərarına əsasən 1948-ci ildən hər il iyun ayı ərzində, xüsusilə 23 iyun tarixində qeyd olunan xoş gün Azərbaycanda da uzun illərdir ənənəvi şəkildə keçirilir və bu tədbirlər çərçivəsində qaçış yarışları, müxtəlif idman növləri üzrə turnirlər və olimpiyaçılarla görüşlər təşkil olunur”.

Allsport.az saytı xəbər verir ki, bunu MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə adı çəkilən tədbir zamanı KİV nümayəndələrinə deyib. Onun sözünə görə, bu dəfə məqsəd “Olimpiya günü”ndə 1952-1992-ci illərdə Sovet İttifaqı tərkibində olimpiya oyunlarında çıxış etmiş azərbaycanlı idmançılara həsr olunub və məqsəd həmin dövrün idman irsini unutmamaqdır:

“Müstəqillik dövrünün olimpiyaçıları ictimaiyyətə yaxşı tanışdır, lakin Sovet dönəmində idmançılarımızın bir qismi bu gün az xatırlanır, yeni nəsil isə onları demək olar ki, tanımır. Məhz buna görə bu tədbiri olimpiya oyunlarında iştirak edən azərbaycanlılara həsr etmişik, çünki SSRİ 1952-ci ildən oyunlarda iştirak edib və elə ilk gündən yığma komandanın tərkibində idmançılarımız yer alıb. Sonrakı illərdə isə bir çox olimpiadalarda olimpiya çempionları və mükafatçılarımız olub”.

Həmin kateqoriyadan