- Baxış sayı: 48
- 02 Avqust 2026 23:46
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Braziliyalı sabiq marafonçu, Tokio olimpiadasının iştirakçısı Daniel Ferreyra du Nasimentu 44 gündən sonra sağ tapılıb.
Allsport.az xəbər verir ki, 28 yaşlı idmançı avqustun 1-də San Pauluda təsadüfi bir şəxs tərəfindən tanınıb.
Həmin şəxs polisə məlumat verib. Nasimentu fiziki cəhətdən sağlam vəziyyətdə olub, şəxsiyyətini təsdiqlədikdən sonra polis bölməsinə aparılıb. Daha sonra onun ailə üzvləri də bölməyə gəlib.
Daniel Ferreyra du Nasimentu iyunun 19-dan itkin düşmüşdü. O, sonuncu dəfə ailəsi ilə yaşadığı Paraquasu-Paulista bələdiyyəsində görülmüşdü. Anasının sözlərinə görə, idman karyerasını başa vurduqdan sonra psixi sağlamlıq problemləri ilə üzləşmişdi.
Nasimentu 2021-ci ildə Tokioda keçirilən olimpiya oyunlarında Braziliyanı təmsil edib. O, həmçinin marafon üzrə Cənubi Amerika rekordunun sahibidir. İdmançı 2024-cü ildə antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya olunmuşdu.