- Baxış sayı: 84
- 21 İyul 2026 21:00
- Baxış sayı: 146
- İyul 22, 2026
- 0

“Neftçi” idman klubu yeni rəmzini ictimaiyyətə təqdim edib.
Allsport.az xəbər verir ki, ölkənin ən köklü idman təşkilatlarından biri olan komanda yeni nişanını tarixi irs və müasir yanaşma əsasında hazırlayıb.
Yeni rəmz ənənəvi ağ-qara rənglər üzərində qurulub. Nişanın mərkəzində klubun ilk rəmzinin konturları, adın baş hərfi və neft buruqları yer alıb.
Rəmzin yuxarı hissəsində “Neftçi” idman klubu adı, aşağı hissəsində isə yaranma tarixi – “1937” rəqəmi əks olunub.
Yeni emblem “Neftçi”nin zəngin tarixini və müasir brend kimliyini bir araya gətirir.