- Baxış sayı: 37
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 404
- Avqust 20, 2026
- 0


Mayın 25-dən etibarən dənizkənarı milli parkda Avropa liqasının Bakı finalının azarkeş festivalı keçirilir. Allsport.az saytı xəbər verir ki, tədbirin keçirildiyi ərazidə müxtəlif əyləncə nöqtələri fəaliyyət göstərir.
Final oyunu günü – mayın 29-da isə azarkeşləri daha bir sürpriz gözləyir. Azarkeş festivalının ərazisində quraşdırılmış böyük monitorda “Çelsi” və “Arsenal” oyununa rəsmi ictimai baxışı təşkil olunacaq.
Azarkeş festivalının ziyarətçiləri saat 23:00-dan etibarən final qarşılaşmasını canlı yayımda izləyə biləcəklər.