“Bilirəm ki, azərbaycanlılar Sipala azarkeşlik edəcəklər”

Sabah AİBA Proboxing turnirində növbəti döyüşlər keçiriləcək. Allsport.az xəbər verir ki, ilk yarış günündə çəkisi 69 kq olan boksçular rinqə çıxacaq.

Bu gün boksçular çəki mərasimində və mətbuat konfransında iştirak ediblər. Onur Sipalın rəqibi olacaq Keniya boksçusu Okviri yerli publikanın Türkiyə idmançısını dəstəkləyəcəyindən ehtiyatlanmadığını vurğulayıb: “Bilirəm ki, azarkeşlər daha çox Sipala azrkeşlik edəcəklər. Amma dəfələrlə təşkilatçı ölkələrin boksçuları ilə qarşılaşmışam. Buna hazıram”.

İlk döyüşdə nokautla uduzan Avstriyalı Markos Nader artıq bərpa dövrünü geridə qoyduğunu və özünü yaxşı hiss etdiyini deyib. O, “ilk döyüşlərdə peşəkar boksçular – Nader, Fariz Məmmədov (hər ikisi 69 kq) və Əhməd Samirdən (91+kq) qələbə gözləsələr də, onlar məğlub oldu. Niyə peşəkarlar ilk dəfə 6 raund döyüşən rəqiblərinə uduzdular” sualını belə cavablandırıb: “Buradakı idmançıların hamısı titulludur. Dünya, Avropa çempionatlarında mükafata layiq yerlər tutublar. Onlar peşəkar qaydalarla döyüşməsələr də, yaxşı hazırlıq keçiblər və əsl peşəkardılar. Odur ki, onların qələbəsində təccüblü bir şey yoxdur”.

Ukraynalı Denis Lazerev isə siyasi məsələlərə qarışmadığını və rusiyalı rəqibi Andrey Zamkovoyla normal münasibətdə olduğunu bildirib.

Həmin kateqoriyadan