“Bir azarkeş kimi danışsam, çox maraqlı matç alındı”

Allsport.az xəbər verir ki, “Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatında “Jirona”nın “Barselona” üzərində 4:2 hesablı qələbəsi ilə bağlı təəssüratlarından danışıb:

“Bir azarkeş kimi danışsam, çox maraqlı matç alındı. Açıq futbol oynayırdılar, taktikasız. “Jirona” daha yaxşı və daha uğurlu idi. Amma bu məqamda dayanmalıyam, başqa komandaları nə tənqid edə, nə də müdafiə edə bilərəm. Matç xoşuma gəldi, maraqlı keçdi. Bu qədər”.

Həmin kateqoriyadan