Bir gündə 2 görüş keçirən “Qarabağ” klubu “Atırau”ya məğlub olub, “Termalika”nı üstələyib

Dünən “Qarabağ” 2 yoxlama oyunu ilə Antalya qış tlim-məşq toplanışına yekun vurub. Allsport.az saytı xəbər verir ki, komandamız günün ilk görüşündə Qazaxıstanın “Atırau” komandası ilə qarşılaşıb. Bizimkilər erkən dəqiqələrdə qapısında qol görüb. Sonra üstünlüyü ələ alan “köhlən atlılar” hücumlarının sayını artırıb. Bir neçə qol epizodunda isə rəqib qapıçı yaxşı oynayıb. Matç rəqibin 1:0 hesablı qələbəsiylə başa çatıb.

Günün 2-ci oyununda komandamız Polşanın “Termalika” klubu ilə üz-üzə gəlib. Ölkə çempionumuz oyuna sürətli başlayıb. Qarşılaşmanın 5-ci dəqiqəsində Ağabala Ramazanov dəqiq zərbəylə hesabı açıb. Bu qoldan 8 dəqiqə sonra Ansi Aqollinin cinahdan ötürməsini Dino Ndlovu dəqiq baş zərbəsiylə hesabı 2:0 edib.

Rəqib 26-cı dəqiqədə hesab arasındakı fərqi azaldıb. Qarşılaşma növbəti qol matçın 76-cı dəqiqəsinə təsadüf edib. Bədavi Hüseynov fərqlənərək hesabı 3:1 edib. Bu qoldan 5 dəqiqə sonra rəqib yenidən fərqi minimuma endirib. Qarşılaşma 3:2 hesabıyla xeyrimizə başa çatıb.

Həmin kateqoriyadan