Birdəfəlik transfer etmək istəyir

Birdəfəlik transfer etmək istəyir

“Trabzonspor” icarə əsasında komandada çıxış edən Andre Onananın transfer hüquqlarını almaq istəyir.

Allsport.az xəbər verir ki, Qara dəniz təmsilçisi kamerunlu qolkiperi birdəfəlik transfer edib, onunla 5 illik müqavilə imzalamaq niyyətindədir.

“Mançester Yunayted” Onananı satmağa razıdır. Klub onun üçün 10 milyon avro transfer haqqı tələb edir.

30 yaşlı qapıçı 2025-ci ildən “Trabzonspor”da forma geyinir.

Həmin kateqoriyadan