“Biz daha yaxşısına layiqik”

Allsport.az xəbər verir ki, “Tottenhem”dən “Los-Anceles”ə transfer olunan Uqo Loris keçmiş klubunun azarkeşlərinə müraciət edib:

“İlk gündən bəri verdiyiniz dəstəyə görə sizə təşəkkür etmək istəyirəm. Komandanın bir hissəsi, uzun illər kapitanlardan biri olmaq mənim üçün böyük şərəf idi. Siz həmişə mənim ürəyimdə olacaqsınız. Birlikdə yaşadığımız bütün xatirələrə, yaşadığımız bütün duyğulara görə təşəkkür etmək istəyirəm. Növbəti onillikdə sizə ən yaxşısını arzulayıram, çünki biz daha yaxşısına layiqik”.

Həmin kateqoriyadan