“Biz heç kimin torpağına göz dikməmişik“

Allsport.az xəbər verir ki, Rüstəm Orucov İsveçrənin Lozanna şəhərində keçirilən beynəlxalq atletlər forumunda erməni idmançının təxribat xarakterli çıxışına cavab verib:

“30 il əvvəl müharibəni ermənilər başladı və torpaqlarımız işğal edildi. Biz heç kimin torpağına göz dikməmişik. Hazırda sizdə qaçqın varsa, bu problem deyil, onlar Qarabağda qalıb, yaşaya bilərlər. Bu gün Qarabağı könüllü tərk edərək, Ermənistana gedən erməniəsilli şəxslərin Azərbaycanın humanistliyi sayəsində Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi üçün şərait yaradılır. Onlara qarşı heç bir zorakılıq edilmir. Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyasını istədiyini bəyan edib və Qarabağdakı erməni sakinlərə ərzaq və tibbi yardım göstərir. Amma 1990-cı illərdə erməni separatçılar xalqımıza qarşı böyük vəhşiliklər törədiblər. Əliyalın vətəndaşlarımız xüsusi amansızlıqla, işgəncələrə məruz qalaraq qətlə yetirilib, genosidə məruz qalıblar. Onlar öz vətənində məcburi köçkünə çevrilmişdilər”.

Həmin kateqoriyadan