“Biz Serji ən azı səkkiz həftəlik itirdik”

“Biz Serji ən azı səkkiz həftəlik itirdik”

Allsport.az xəbər verir ki, “Bavariya”nın baş məşqçisi Tomas Tuxel komandanın hücumameyilli yarımmüdafiəçisi Serj Qnabrinin zədəsi haqda danışıb:

“Qorxuram ki, biz Serji ən azı səkkiz həftəlik itirdik. Bəli, çox uzun müddətdir. O, məşqdə yaxşı formada idi”.

Xatırladaq ki, Qnabri bu həftəsonu “Ayntraxt Frankfurt”la matçda (1:5) meydana sonradan daxil olsa da, bir neçə dəqiqədən sonra yıxılaraq qasıq nahiyəsindən ağrılar hiss etdiyini bildirmişdi.

Həmin kateqoriyadan