“Biz Xaviyə güvənirik”

Allsport.az xəbər verir ki, “Barselona”nın prezidenti Joan Laporta komandanın baş məşqçisi Xavini dəstəklədiyini bildirib:

“Biz Xaviyə güvənirik, o buna layiqdir. Bir insana inandığınız zaman o, əlindən gələni edər. Xaviyə tam etibar edirik. O, bacarıqlı məşqçidir. O, futbolçularını müdafiə edən əzmkar bir insandır ki, bu da onun haqqında çox şey deyir. Xavi də bu mövsüm zədələrə görə bir çox çətinliklərlə üzləşməli olub və o, bunun öhdəsindən gəlir. Onun oyundan sonrakı analizi əladır”.

Həmin kateqoriyadan