“Bizdən nifrət edirlər”

“Bizdən nifrət edirlər”

İsrailin kapitanı Manor Solomon millətlər liqasında 0:3 hesablı məğlubiyyətdən sonra İrlandiya futbolçularının davranışına münasibət bildirib.

Allsport.az xəbər verir ki, 27 yaşlı vinger rəqin futbolçuların onlara nifrət etdiklərini deyib:

​”İrlandiyalı oyunçular haqda danışmaq istəmirəm. Onlar haqqında düşündüklərimin hamısını desəm, məni yəqin ki, bir neçə oyunluq diskvalifikasiya edəcəklər… Aydındır ki, onlar bizə nifrət edirlər. Bizim də onlardan xoşumuz gəlmir. Onlara qarşı növbəti matçı səbirsizliklə gözləyirəm. Bu, tamamilə fərqli oyun olacaq.

​Onlar məni maraqlandırmır. Bizim ölkəmiz onlarınkından on dəfə yaxşıdır, daha güclüdür. İnanılmaz insanları olan heyrətamiz ölkəmiz var. Milli komandanın formasını gəzdirməyimizlə və israilli olmağımızla fəxr edirik. Dövlətimiz və əsgərlərimizlə fəxr edirik. İrlandiyalılar istədikləri hiylələrə əl ata bilərlər. Biz israilliyik və ölkəmizi sevirik. Bu, həmişə belə olacaq”.

​Matç Macarıstanın Debretsen şəhərində baş tutub. Oyunun əvvəlində hər iki komandanın futbolçuları bir-birinin əlini sıxmayıb, İrlandiya oyunçuları isə İsrailin himni səsləndirilərkən başlarını aşağı əyiblər.

​Bundan əlavə, İrlandiya millisinin futbolçuları meydana qara sarğılarla çıxıblar. Onlar bu jestlə Qəzzada həlak olanların xatirəsini yad ediblər.

​İsrail və İrlandiya yığmalarının növbəti qarşılaşması oktyabrın 4-də Serbiyanın Baçka-Topola şəhərində keçiriləcək.

Həmin kateqoriyadan