“Boavişta”nın son qolunu millimizin yarımmüdafiəçisi vurub

“Boavişta” klubu yeni mövsümə hazırlıqla bağlı növbəti yoxlama oyunu keçirib. Allsport.az saytı xəbər verir ki, Emin Mahmudovun komandası aşağı liqa təmsilçisi “Eşpinyo” ilə qarşılaşıb.

Görüş “şahmatlı bəbirlər”in böyüh hesablı qələbəsi ilə bitib (4:1). Millimizin yarımmüdafiəçisi matçın iştirakçısı olub. Sonradan meydana çıxan həmvətənimiz 76-cı dəqiqədə qol vurub.

Həmin kateqoriyadan