Boks federasiyasının nümayəndə heyəti Gəncə, Şəki və Qəbələdə olub

Boks federasiyası kütləviliyin və inkişafın artrılması üçün fəaliyyətini davam etdirir. Allsport.az saytı xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də boks bölmələrinə xüsusi diqqət ayrılır.

ABF prezidentinin müşaviri Samir Hüseynov, idarə heyətinin üzvü Rövşən Hüseynov və hakimlər komitəsinin sədri Emil Qurbanəliyev bu məqsədlə Gəncə, Şəki və Qəbələyə səfər edib, bölmələrdə yaradılan şəraitlə tanış olaraq, onların fəaliyyətləri ilə maraqlanıblar.

ABF-in nümayəndə heyəti inşası davam edən Gəncə idman sarayında fəaliyyət göstərəcək boks zalına da baxış keçiriblər. Onlar Nizami yurdunda məşqçilər və hakimlərlə görüşərək, yeni boksçuların yetişməsi üçün tövsiyələrini veriblər.

ABF rəsmiləri Şəki olimpiya kompleksi, “Qəbələ” idman klubunun bazasında və bu şəhərlərdə fəaliyyət göstərən bölmələrdə yaradılan şəraitlə də tanış olublar.

Həmin kateqoriyadan