Boks federasiyasının prezidenti məşqçilərlə görüşüb

Azərbaycan boks federasiyasının prezidenti Sahil Babayev, Bakı və Sumqayıtda çalışan məşqçilərlə görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantıda bu idman növünün hazırkı vəziyyəti, daha da inkişaf etdirilməsi və kütləviləşməsi, həmçinin beynəlxalq təcrübədən yararlanaraq yüksək nailiyyətlərin əldə olunmasının yolları müzakirə edilib.

Sahil Babayev, hər bir uğura gedən yol çalışdırıcıların qurduğu sistemə bağlı olduğunu deyib. Sitat: “Çünki təməli onlar qoyur, müxtəlif yaş qrupları üzrə milli komandalar məhz müəllim-məşqçilərinin əziyyətinin nəticəsində yetişən idmançılardan formalaşır”.

Çalışdırıcılar boksun inkişafı, klubların sayının, idmançıların təcrübəsinin artırılması, milli üçün ehtiyat qüvvənin yetişdirilməsi, bölgələrdə kütləviliyə nail olmaq, həmçinin seminarların keçirilməsi üçün fikir mübadiləsi aparıblar.

Sahil Babayev görüş iştirakçılarına məşqçilər komitəsinin formalaşdırılması və onların köməyi ilə uğurlarımızı artırmaq üçün göstəriş və tapşırıqlarını verib.

ABF rəhbəri idarə heyətinə məşqçilər və boksçular üçün mükafatlandırma sisteminin yaradılması barədə də göstərişlərini verib.

Həmin kateqoriyadan