Boks millimiz 12 medalla komanda hesabında 1-ci olub

Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə gənclər arasında ənənəvi beynəlxalq yarış sona yetib. Allsport.az saytının məlumatına görə, ABF-nin idman zalında baş tutan tədbirdə millimizlə yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Hindistan, İran, Türkmənistan, Pakistan, Qazaxıstan, Gürcüstan və Özbəkistan yığmaları güclərini yoxlayıblar.

Komandamız turnirdə 3 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıb. Bu nəticə Azərbaycanı komanda hesabında birinci edib. Yarışda ikinci yer Özbəkistana qismət olub. Asiyalılar Abbas Ağalarov turnirində 2 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələniblər. İlk “üçlüy”ü isə Ukrayna yığması qapayıb. Onlar Bakıda 2 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olublar.

Qaliblərə diplom və kubok verilib. Noyabrın 24-də 80 illik yubileyini qeyd edən ABF-nin 1-ci vitse-prezidenti Ağacan Abiyevə mükafatlandırma mərasiminin yekununda Özbəkistan Boks Federasiyası tərəfindən xüsusi hədiyyə təqdim olunub.

Abbas Ağalarov turniri – 2017

49 kq

1. Maqsud Xasmətov (Azərbaycan)
2. Soburbek Komolmizoyev (Özbəkistan)
3. Dmitri Dvali (Rusiya)
3. Timur Kabdeşov (Qazaxıstan)

 

52 kq

1. Əflatun Babayev (Azərbaycan)
2. Maqcan Bekzad (Qazaxıstan)
3. Talqat Sarmbetov (Qazaxıstan)
3. Səməndər Xolmuradov (Özbəkistan)

56 kq

1. Amid Əlizadə (Azərbaycan)
2. Muhamedali Suduk (Qazaxıstan)
3. Maksim Xaliniçev (Ukrayna)
3. Gia Totiudze (Gürcüstan)

60 kq

1. Xalbek Utesenov (Özbəkistan)
2. Ankit (Hindistan)
3. Vadim Klyim (Ukrayna)
3. Nurlan Səfərov (Azərbaycan)

 

64 kq

1. Cahangir Rəhmanov (Özbəkistan)
2. Maksim Molodan (Ukrayna)
3. Səlim Səlimov (Azərbaycan)
3. Vasili Zaytsev (Rusiya)

69 kq

1. Azad Asanov (Qazaxıstan)
2. Cambulat Bijamov (Rusiya)
3. Cavid Qurbanov (Azərbaycan)
3. Rüstəm Baynazarov (Qazaxıstan)

75 kq

1. Yevgeni Yenaki (Ukrayna)
2. Məhəmməd Yusifov (Azərbaycan)
3. Navo Tamazov (Özbəkistan)
3. Laşa Kurtanidze (Gürcüstan)

 

81 kq

1. Vitali Stalçenko (Ukrayna)
2. Zaur Musayev (Azərbaycan)
3. Elmir Süleymanov (Azərbaycan)
3. İbrahim Məhəmmədhəbib (Azərbaycan)

91 kq

1. Vadim Sçablikin (Rusiya)
2. Cavahir Taqaymuradov (Özbəkistan)
3. İsmayıl Yaqubov (Azərbaycan)
3. Əhmədcan Arnur (Qazaxıstan)

+91 kq

1. Kirill Basayev (Rusiya)
2. İlyas Musayev (Qazaxıstan)
3. Timur Atabəyov (Özbəkistan)
3. Elgün Nəzərli (Azərbaycan)

Həmin kateqoriyadan