Millimiz dünya çempionatına hazırlıq üçün İtaliyaya hansı heyətlə yollanır?

Qətərdə keçiriləcək dünya çempionatına hazırlaşan boks üzrə milli komandamız oktyabrın 24-də İtaliyaya yola düşəcək. Allsport.az xəbər verir ki, seçməmiz İtaliyanın Assizi şəhəriindəki məşq bazasında İtaliya və İrlandiya komandaları ilə birgə toplanış keçəcək.

Baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Lazaro Ximenes Martinezin rəhbərliyi altında hazırlıq prossesində 9 boksçu iştirak edəcək. Avropa Oyunlarında ağır zədə alan 2 qat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov da heyətə daxil edilib. Rio de Janeyro Olimpiadasına lisenziya xarakteri daşıyan dünya çempionatı oktyabrın 6-da start götürəcək. Bu dəfə dünya çempionatında iştirak etmək üçün lisenziya qazanmaq şərt idi. Azərbaycan boksçularından 9-u Avropa Oyunlarından Qətərdə keçiriləcək yarışa vəsiqə qazanıb.

Yalnız 49 kq çəki dərəcəsində çıxış edən Rüfət Hüseynov Avropa çempionatında bürünc medal qazanmaqla, mundiala vəsiqə əldə edib. Xaybula Muslov isə (75 kq) İtaliyaya yollana bilməyib. Boksçunun gözündə əməliyyat aparıldığından o, dünya çempionatında da iştirak etməyəcək.

49 kq – Rüfət Hüseynov
52 kq – Elvin Məmişzadə
56 kq – Tayfur Əliyev
60 kq – Albert Səlimov
64 kq – Lorenzo Sotomayor
69 kq – Pərviz Bağırov
81 kq – Teymur Məmmədov
91 kq – Abdulqadir Abdullayev
+91 kq – Məhəmmədrəsul Məcidov

Həmin kateqoriyadan