- Baxış sayı: 41
- 06 Dekabr 2024 21:24
- Baxış sayı: 152
- Dekabr 09, 2024
- 0
Rusiyanın Qroznı şəhərində Ahmed Kadırovun xatirəsinə həsr olunan ənənəvi boks turnirinə yekun vurulub. Allsport.az xəbər verir ki, Azərbaycan yarışda geniş tərkibli heyətlə təmsil olunub.
Turnirdə “Gilan” və “Baku Fires” klubunun idmançıları mübarizə aparıb. Komandamız yarışda 2 gümüş, 3 bürünc medala sahib olub. 2011-ci ilin Avropa çempionu Salman Əlizadə (49 kq) yarımfinalda özbəkistanlı Nadirjon Mirzaaxmedova uduzaraq, 3-cü yerə layiq görülüb. Qeyd edək ki, 49 kq çəki dərəcəsində yarışda yalnız 4 boksçu iştirak edib.
52 kq çəki dərəcəsində çıxış edən Rasul Saliyev yalnız finalda Özbəkistan nümayəndəsi Abrorjon Kadirova uduzaraq, 2-ci yerə layiq görülüb. Bu çəkidə Araz İmaməliyev 3-cü yerlə kifayətlənib.
Yaraş Maqomedov da (56 kq) 2-ci nəticə göstərib. Boksçumuz finalda Rusiya idmançısı Alixan Avtarxanova uduzub.
91 kq çəki dərəcəsindəki təmsilçimiz Heydər Heydərov da 2-ci yerə layiq görülüb. Boksçumuz həlledici görüşdə Özbəkistan təmsilçisi Mirzobek Hasanova məğlub olub.