Boks yığmamızın keçmiş baş məşqçisi vəfat edib

Azərbaycan idmanına ağır itki üz verib. Allsport.az saytı xəbər verir ki, boks millimizin keçmiş baş məşqçisi Məmməd Eyvazov 69 yaşında dünyasını dəyişib. O, idman sahəsində fəaliyyəti müddətində Azərbaycanın əməkdar məşqçisi, fəxri bədən tərbiyəsi və idman işçisi, Azərbaycanın əməkdar idman xadimi, prezident təqaüdçüsü və “Tərəqqi” medalları ilə təltif olunub.

Mütəxəssis ABF-də 2001-2008-ci illərdə çalışıb. Onun rəhbərliyi ilə yığmamız dünya və Avropa çempionatlarından Vətənə çoxlu medallarla qayıdıb. Komandamız Afina-2004 oyunlarından 2 bürünc mükafat qazanıb.

Məmməd Eyvazov bir neçə il Türkiyədə çalışıb və onun rəhbərliyi ilə azərbaycanlı tələbəsi Malik Bəyləroğlu Atlanta-1996 olimpiadasında qardaş ölkə adına 2-ci yer tutub.

Həmin kateqoriyadan