- Baxış sayı: 71
- 13 Noyabr 2026 13:26
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Yaponiyanın boksçusu Siqetosi Kotari kəmər uğrunda döyüşdən bir neçə gün sonra dünyasını dəyişib.
Allsport.az xəbər verir ki, onun 28 yaşı var idi.
Kotari avqustun 3-də titul uğrunda Yamato Hato ilə döyüşmək üçün rinqə çıxıb. Qarşılaşma heç-heçə başa çatıb.
Siqetosi döyüş vaxtı çoxsaylı kəllə-beyin travması alıb və subdural hematoma səbəbindən təcili beyin əməliyyatı keçirmək üçün xəstəxanaya çatdırılıb. Əməliyyatdan 6 gün sonra gecə saatlarında Kotari ölüb.