- Baxış sayı: 61
- 13 Noyabr 2026 13:26
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Qazaxıstanın Almatı şəhərində ordu generalı Sədaqət Nurməhəmmədbetovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilib.
Allsport.az xəbər verir ki, yarışa “Ordu” idman klubunun heyətində qatılan Azərbaycan komandasının üzvləri 5 medal qazanıblar.
Boksçulardan Sübhan Məmmədov (48 kq) finalda Nurqısa Turabəyovu (Qazaxıstan), Maqsud Xasmetov (63,5 kq) Nurlıbəy Osmanovu (Qazaxıstan) məğlub edərək birinci yeri tutub.
Tural Sarıyev (51 kq), İlqar Salahov (67 kq) və Sərxan Əliyev (71 kq) isə bürünc medala yiyələniblər.