- Baxış sayı: 35
- 22 İyun 2026 15:42
- Baxış sayı: 72
- İyun 26, 2026
- 0

Rusiyanın Yekaterinburq şəhərində boksçularınüzrə dünya çempionatında 1/4 final sona yetib. Allsport.az saytı xəbər verir ki, bu mərhələdə millimizin 2 üzvü mübarizə aparıb.
Dominqes Alfonso (81 kq) özbəkistanlı Dilşadbəy Ruzmetova 2:3, Məhəmməd Abdullayev (+91 kq) avstraliyalı Justis Huniyə 0:5 hesabları ilə məğlub olublar.
Beləliklə, boks millimizin uğur zolağı yenə qırılıb. 1999-cu ildə ABŞ-ın Hyuston şəhərində Əli İsmayılovla (81 kq) qoyulan uğurun təməli 2009-cu ildə İtaliyanın Milan şəhərində dayanmışdı. Qısa müddət sonra, qələbələr yenidən, özü də Azərbaycan paytaxtında bərpa olunmuşdu.