- Baxış sayı: 44
- 26 Sentyabr 2026 10:55
- Baxış sayı: 50
- Sentyabr 26, 2026
- 0

Kişi və qadın boksçulardan ibarət yığmalar təlim-məşq toplanışını davam etdirirlər. Allsport.az saytı xəbər verir ki, komandalarımız martın əvvəlində başlayan hazırlığın arxada qalan hissəsində əsasən fiziki və texniki çalışmalar üzərində işləyiblər.
Boks Mərkəzində gerçəkləşən toplanış martın 23-dək davam edəcək. Məşqin məqsədi 22 yaşadək boksçular arasında Avropa çempionatına hazırlıqdır.
Yarış martın 24-dən aprelin 2-dək Rumıniyanın Tırqu-Jiu şəhərində təşkil olunacaq.