- Baxış sayı: 42
- 09 Oktyabr 2024 18:38
- Baxış sayı: 81
- Oktyabr 10, 2024
- 0
Qadın boksçulardan ibarət Azərbaycan milli komandası Avropa olimpiya təsnifat turnirinə hazırlığı başa vurub. Allsport.az xəbər ki, baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi yığma artıq yarışın keçiriləcəyi Fransaya yollanıb.
İyunun 4-8-də Parisdə təşkil olunacaq turnirdə 2 qadın idmançımız qüvvəsini sınayacaq. Tokio yay olimpiya oyunlarına vəsiqə uğrunda Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar.
Həmçinin ölkə xaricində təlim-məşq toplanışında olan kişilərdən ibarət milli komandamız da təsnifat turnirində iştirak etmək üçün Fransaya yola düşüb.
Avropa olimpiya təsnifat turniri ötən il martın 14-də Londonda başlamışdı. Lakin yarış 3 gündən sonra koronavirus pandemiyası səbəbindən dayandırılmışdı. Azərbaycan millisinin heyətində Tayfur Əliyev (57 kq) dörddəbir finala yüksəlməklə olimpiadada iştirak hüququ qazanıb.
Cavid Çələbiyev (63 kq) və Lorenso Sotomayor (69 kq) turnirdə çıxışlarını 1/8 finaldan davam etdirəcəklər. Alfonso Dominqes (91 kq) və Məhəmməd Abdullayev (+91 kq), həmçinin Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) Londondakı turnirdə rinqə çıxmayıblar.