- Baxış sayı: 61
- 13 Noyabr 2026 13:26
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Qazaxıstanın Karaqanda şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir başa çatıb.
Allsport.az xəbər verir ki, Azərbaycan millisi 5 ölkədən 200-dək idmançının qatıldığı yarışda 2 qızıl və 2 gümüş medal qazanıb.
Komandamızın heyətində Tamerlan Əlimzanov (57 kq) və İsmayıl Vəliyev (75 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yusif Bəylərovla (54 kq) Səftər Məmmədzadə (+80 kq) ikinci yeri tutublar.
Azərbaycanlı hakim Asif Məmmədov isə yarışın ədalətli referisi seçilib.