- Baxış sayı: 44
- 10 Avqust 2026 19:49
- Baxış sayı: 222
- Avqust 12, 2026
- 0

Qazaxıstanın paytaxtı Astanada boks üzrə “Elorda cup” beynəlxalq turniri keçirilib.
Allsport.az xəbər verir ki, Azərbaycan millisi yarışı 2 medalla başa vurub.
Yığmamızın heyətində Murad Allahverdiyev (86 kq) finala kimi irəliləyib. Lakin həlledici görüşdə məğlub olan Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısı gümüş medal qazanıb.
Digər olimpiyaçımız Məhəmməd Abdullayev (+92 kq) də “Elorda cup”da mükafatçılar sırasında yer alıb. O, turniri bürünc medalla bitirib.