Boksçularımızın Tokio olimpiadasına yollanmaq məsələsinə iyunda aydınlıq gələcək

Beynəlxalq olimpiya komitəsinin iyunda keçiriləcək iclasında boksun
Tokio-2020-nin proqramında saxlanılması məsələsi müzakirə olunacaq. Allsport.az saytı xəbər verir ki, hazırda Lozannada BOK-un növbəti toplantısı keçirilir. Orada bir sıra qərarların qəbul ediləcəyi bildirilsə də, boksun olimpiya oyunlarının proqramında qalıb-qalmaması barədə qərar iyunda keçiriləcək iclasda qəbul olunacaq.

BOK bundan əvvəl AIBA ilə bağlı istintaqın tamamlanmasına qədər Tokio olimpiadasında boks yarışlarının keçirilməsi planını “dondurub”. BOK, həmçinin bu federasiyanın maliyyələşdirilməsi, bilet satışı, təsnifat sisteminin təsdiqi və tətbiqi, sınaq tədbirləri və yarışların yekun qrafikinin hazırlanması üzrə prosesləri dayandırıb. AIBA-ya olimpiya obyektləri, rəmzləri və reklam materiallarından istifadə etmək də qadağan olunub.

Həmin kateqoriyadan