Boksçularımz mübarizəyə başlayır

Parisdə boks üzrə Avropa olimpiya təsnifat turniri bərpa olunacaq. Allsport.az xəbər verir ki, ötən il martın 14-də Londonda başlayan turnir koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılmışdı.

Yarışın ilk günündə Lorenso Sotomayor (69 kq) Danimarka təmsilçisi Sebastian Terteryan ilə görüşəcək. Alfonso Dominqes (81 kq) ukraynalı Stefan Hrekula ilə qarşılaşacaq.

Qadın boksçularımızdan Məhsəti Həmzəyeva (57 kq) Türkiyə idmançısı Aycan Güldağ, Aynur Rzayeva (75 kq) isə polşalı Yelizaveta Vojçik ilə üz-üzə gələcəklər.

Həmin kateqoriyadan