Boksçuların ölkə çempionatı başlayıb

Yanvarın 11-də boks üzrə ölkə çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, boks mərkəzində yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 29 komandanın 100 kişi boksçusu qatılacaq. Qaliblərin adına isə yanvarın 15-də aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaqlar və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Çempionatın baş hakimi Emil Qurbanəliyevdir.

Həmin kateqoriyadan