- Baxış sayı: 33
- 22 İyun 2026 15:42
- Baxış sayı: 77
- İyun 26, 2026
- 0

Serbiyanın paytaxtı Belqradda boks üzrə keçirilən dünya çempionatının səkkizdəbir final mərhələsində daha bir boksçumuz uğurla çıxış edib.
Allsport.az xəbər verir ki, təmsilçimiz Məsud Yusifzadə (51 kq) monqolustanlı Enxmandağ Xarxuunu mübarizədən kənarlaşdırdıqdan sonra 1/8 finalda puerto-rikolu Yankiel Riveraya da qalib gəlib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 5:0. O, növbəti qarşılaşmasını noyabrın 2-də tailandlı Tanarat Saengfetə qarşı keçirəcək.