Boksçumuz çempion oldu

Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb.

Allsport.az xəbər verir ki, Azərbaycan milli komandası yarışı 2 medalla başa vurub.

Yığmamızın heyətində Zidan Hümbətov dünya kubokuna yiyələnib. 51 kq-da mübarizə aparan boksçumuz finalda rusiyalı Arseniy Jiltsovu 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesabı ilə məğlub edib və qızıl medala layiq görülüb.

Komandamızın heyətində Bilalhəbəşi Nəzərov (48 kq) isə finalda Tamta Briyeşlə (Hindistan) üz-üzə gəlib. Yığma üzvü 2:3 (29:28, 30:27, 29:28, 28:29, 28:29) hesabı ilə məğlub olduğundan gümüş medala sahib olub.

Həmin kateqoriyadan