- Baxış sayı: 36
- 28 Mart 2024 10:03
- Baxış sayı: 160
- Mart 28, 2024
- 0
Azərbaycan boksçusu Tayfur Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 1/16 final görüşünə çıxıb.
Allsport.az xəbər verir ki, 60 kq çəki dərəcəsinə təsadüf edən döyüşdə rəqib italiyalı Simone Spada olub. Əliyev 5:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib. 1/8 finalda rəqib Finlandiya təmsilçisi Arslan Xatayev olacaq. O, ilk qarşılaşmasında haitili Çarles Petit-Hommu üstələmişdi.
Bu gün Azərbaycanın daha bir boksçusu Sərxan Əliyev 71 kq çəkidə 1/16 final görüşünü keçirəcək. Onun rəqibi şotlandiyalı Stiven Nyuns olacaq.