Boksçumuz erməniyə qalib gəldi

Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində I dünya olimpiya təsnifat turnirində 3-cü döyüşünü keçirib.

Allsport.az xəbər verir ki, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/8 final çərçivəsində ermənistanlı Qurqen Madoyanı sınağa çəkib.

Döyüş, Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Beləliklə, Nicat Hüseynovun (51 kq) ardınca Sərxan da erməni rəqibini mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb.

Ona Paris-2024 yay olimpiya oyunlarına lisenziyaya sahib olmaq üçün cəmi 1 qələbə kifayət edəcək. Əliyev yarımfinala gedən yolda qazaxıstanlı Aslanbek Şimbergenovla qüvvəsini sınayacaq.

Həmin kateqoriyadan