- Baxış sayı: 33
- 22 İyun 2026 15:42
- Baxış sayı: 98
- İyun 26, 2026
- 0

Daha bir boksçumuz Tokio yay olimpiya oyunlarına lisenziya qazanıb. Allsport.az xəbər verir ki, Cavid Çələbiyev (63 kq) bu uğura nail olub.
O, Parisdə keçirilən Avropa olimpiya təsnifat turnirinin 1/8 finalında İrlandiya idmançısı Corc Batesə qalib gəlib.
Bu qələbə həm 1/4 finala, həm də Tokio-2020-yə vəsiqə üçün yetərli olub.
Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 25-ə çatıb. Öncə, digər boksçumuz Tayfur Əliyev (57 kq) də bu hüququ qazanmışdı.