Boksçumuz olimpiya lisenziyasının 2 addımlığında

İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I dünya olimpiya təsnifat turniri davam edir.

Allsport.az xəbər verir ki, yarışın beşinci günündə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Zeynəb Rəhimova çıxıb.

54 kq çəkidə mübarizə aparan boksçu 1/16 final mərhələsi çərçivəsində Aqerie Bayevlə (Efiopiya) üz-üzə gəlib. Döyüş Rəhimovanın qələbəsi ilə başa çatıb. O, ilk raundda rəqibini tam üstünlüklə məğlub edib.

Bununla da ardıcıl ikinci qələbəsini qazanan Zeynəb 1/8 finala yüksəlib və Paris-2024 yay olimpiya oyunları üçün lisenziyaya bir addım da yaxınlaşıb. Yığma üzvü üçüncü qarşılaşmasına martın 9-da çıxacaq. O, növbəti 2 görüşünü də qalib kimi başa vuracağı halda, Fransa paytaxtına vəsiqə qazanacaq.

Qeyd edək ki, bu gün daha 4 boksçumuz qüvvəsini sınayacaq. Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Preedakamon Tintabthhai (Tailand) ilə, Alfonso Dominqes (92 kq) Emmaneul Reyes Pla (İspaniya) ilə, Tayfur Əliyev (63,5 kq) Şion Nişiyama (Yaponiya) ilə və Sərxan Əliyev (71 kq) Aleksandr Trofimçukla (Litva) döyüşəcək.

Həmin kateqoriyadan