Boksçumuz turnirə qələbə ilə başladı

İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I dünya olimpiya təsnifat turnirinə start verilib.

Allsport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kq) mübarizəyə qoşulub.

İkiqat Avropa çempionumuz 1/32 final çərçivəsində Depak Depakı (Hindistan) sınağa çəkib. Hüseynov gərgin keçən döyüşdə son dünya çempionatının bürünc medalçısını 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə məğlub edib.

Boksçumuz 2-ci görüşündə ilk mərhələdən azad olan Sahil Alahverdovi (Gürcüstan) ilə üz-üzə gələcək. Döyüş martın 6-da baş tutacaq.

Qeyd edək ki, turnirin ikinci günündə Azərbaycan millisinin daha 2 boksçusu rinqə çıxacaq.

Həmin kateqoriyadan